Ölkədə kompüter satışları artıb

Azərbaycan üzrə mobil telefon və komputerlərin, eləcə də planşetlərin bazar payı açıqlanıb.

Banker.az “Global Stats” Statistika Mərkəzinə istinadən xəbər verir ki, masaüstü kompüterlərin bazar payı cari ilin mart ayı ilə müqayisədə  aprel ayında 1.75 % azalaraq 41.62 %-ə bərabər olub.

Mərkəzin məlumatına əsasən, hesabatda  ölkə üzrə planşetlərin bazar payı 1.05% təşkil edib ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə isə 0.22 % bəndi azdır.

Bu dövrdə mobil telefonların bazar payı isə 57.41 % təşkil edib ki, keçən ilin aprel ayı ilə müqayisədə bazar payı 5.45% bəndi azdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.