Ölkədə kredit kartlarına maraq azdır, 4 il öncəki rəqəmə qayıda bilmirik

0

Azərbaycanda plastik kartların sayındakı rekord yenilənərək 1 avqust 2019-cu il tarixində 7 132 min ədədə çatıb.

Banker.az Azərbaycan Mərkəzi Bankının statistik göstəricilərinə istinadən xəbər verir ki, bu ay ərzində 1,7% artım, illik isə 16% artımın (hətta bu 1 milyondan çox artım olması deməkdir. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Plastik kartların 2 654 min ədədi sosial kartlar, 2 157 min ədədi əməkhaqqı kartları, 1 542 ədədi digər və 779 ədədi isə kredit kartları təşkil edib.

Plastik kartlarda yalnız kredit kartlarının sayında azalmalar müşahidə olunur. Məsələm, cari ilin yanvar ayındakı “qəfil” 10%-lik enişindən sonra bu kartların sayında nisbətə artımlar aylar üzrə 1 və ya 1,5% aralığında olmuşdusa, son iki ayda artıq enişlər müşhaidə edilir.

Maya nisbətdə iyunda 1,1%, iyuna nisbətdə isə iyulda 2,3% azalmalar baş verir. Nətidəcə isə kredit kartlarının sayı yenidən ötən ilin aprelindəki rəqəmlərə qayıdıb.

Ölkə tarixində isə kredit kartlarının sayında ən böyük rəqəm 1 302 ədəd – 2015-ci ildə olub.