28 C
Baku
Saturday, July 27, 2024

Ölkədə mal və qoyun ətini qiyməti ‘od tutub yanır’ – Son 5 ilin ən böyük bahalaşması

Azərbaycanda əhalinin avqustda əsas istehlak səbətinə daxil olan ətin qiymətləri yüksəlib.

Bu barədə Banker.az-ın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bütün qiymətlər orta ölçüdə götürülür.

Məlumata görə, avqust ayında sümüklü mal ətinin bir kiloqramının qiyməti 11.35 manatdan 11.68 manata qalxıb. Beləliklə, aylıq 2.9% bahalaşmadır ki, bu da 2017-ci ilin martında qeydə alınmış aylıq 6.9%-lik bahalaşmadan sonra ən yüksək göstəricidir.

Sümüksüz mal ətinin bir kq-nın qiyməti isə 13.55 manatdan 13.81 manata (2%) yüksəlib.

Qoyun ətinin bir kiloqramı isə aylıq müqayisədə 2% bahalaşma ilə 13 manatdan 13.28 manata qədər bahalaşıb.

Toyuq ətində bahalaşma bir qədər az olub. Avqust ayında cəmi 0.4%-lik bahalaşma ilə 5.65 manat/kq təşkil edib.

Kolbasanın qiyməti 0.8% artımla 13.19 manat/kq, sosiska isə 0.8% artımla 13.19 manat/kq olub.

Qiymət: AZN/kq
2022 Mal əti, sümüklü Qoyun əti, sümüklü
Yanvar 11.01 12.55
Fevral 11.24 12.91
Mart 11.30 12.96
Aprel 11.33 12.96
May 11.34 12.96
İyun 11.31 12.95
İyul 11.35 13.00
Avqust 11.68 13.28
Son xəbərlər
Digər xəbərlər