13 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Ölkədə mikrobizneslər POS-terminallarla ödənişdən “qaçır”

Azərbaycanda mikro bizneslərin pərakəndə ticarətdə POS-terminallarla ödənişlərin cari ilin üçüncü rübü ərzində 3 milyon ətrafında olmaqla öncəki ildən xeyli zəif qalıb.

Banker.az xəbər verir ki, ölkənin pərakəndə bizneslə məşğul olan mikro bizneslər 2021-ci ilin ilk 9 ayında 192.09 milyon manatlıq ticarət əməliyyatı həyata keçirib. Bunun da cəmi 7.49 milyon manatı POS-terminal  ilə əməliyyatlar aparmışlar. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə isə ölkədə mikro biznesləri nağdsız ödənişlərlə müştərilərə satış və xidmətlərini 63.87% azalma deməkdir.

Bu sahibkarlıqla məşğul olan bizneslərin ilin birinci rübündə POS-terminallarla istehlakçılardan qəbul etdiyi ödənişləri 1.81 milyon manat, ikinci rübdə 2.49 milyon manat və üçüncü rübdə isə 3.44 milyon manat olmuşdu.

Son xəbərlər
Oxşar xəbərlər
X