12 C
Baku
Cümə, Dekabr 3, 2021

Ölkədə mobil telefonlar ucuzlaşıb

2021-ci ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi
əvvəlki aya nisbətən 100.8 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 105.9 faiz təşkil
etmişdir.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Cari ilin sentyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından
daha çox bahalaşma parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebellərin,
minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının, zərgərlik
məmulatlarının, ucuzlaşma isə mobil telefon və ventilyatorların qiymətlərində müşahidə
olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş
verməmişdir.

Son xəbərlər
Oxşar xəbərlər
X