13 C
Baku
Şənbə, May 21, 2022

Ölkədə orta aylıq əmək haqqı son ayda 2 manatdan çox artıb – DSK

2022-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 min nəfər və ya 0,2 faiz artaraq 1682,1 min nəfər olmuş, onlardan 902,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 779,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 19,8 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7 faizi sənaye, 8,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0 faizi tikinti, 6,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi maliyyə və sığorta fəaliyyəti, 13,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2022-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,0 faiz artaraq 768,3 manat olmuşdur. Bu son ayda isə 2 manat 40 qəpik artım deməkdir.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Son xəbərlər
Oxşar xəbərlər