27 C
Baku
Saturday, July 27, 2024

Ölkədə POS terminalların sayı 66 mini ötüb

2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda POS terminalların sayı 66 268-ə çatıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu POS terminallardan 44 235 ədədi Bakıya, 22 033 ədədi isə regionların payına düşür. Ötən illə müqayisədə POS terminalların sayı 14% artaraq 66 268 olub.

Pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində istifadə olunan POS terminallar isə ümumi POS terminalların 98%-i (65 041) təşkil edir.

Cari ilin yanvar-mart aylarına Bakının pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində istifadə olunan POS terminalların 43 450 ədədi Bakıya, ‭21 591‬ ədədi isə regionların payına düşüb.

 

 

Son xəbərlər
Digər xəbərlər