25 C
Baku
Saturday, July 27, 2024

Ölkədə POS-terminalların sayı yenidən azalmağa başladı

2020-ci ilin İyun ayı ilə müqayisədə İyul ayında ticarət və xidmət obyektlərində quraşdırılmış POS-terminalların sayı 144 ədəd azalaraq 55 min 487 ədədə düşüb.

Banker.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövründə isə POS-terminalların sayı 63 min 782 ədəd olub. Ticaərət və xidmət obyektlərində quraşdırılmış POS-terminalların sayı illik müqayisədə 8 min 295 ədəd azalıb.

Bu ilin aprel və may ayında lisenziyası ləğv olunmuş banklarla əlaqədar POS-terminalların sayı azalsa da, iyun ayında artıq artaraq 55 min 631 ədəd olmuşdur. İyul ayında isə yenidən POS-terminalların sayında azalma müşahidə olunur.

POS-terminalların 36 min 222-i Bakı şəhərində, 19 min 265-i isə regionlarda quraşdırılıb.

Son xəbərlər
Digər xəbərlər