20 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

Ölkədə qızıl və gümüş hasilatı kəskin düşüb – rəsmi

Screen Shot 2021 09 02 at 14.34.20

2021-ci yanvar ayında Azərbaycanda qiymətli metal filizləri üzrə hasilatı kəskin kiçilib.

Banker.az bunu, yanvar ayı üçün Dövlət Statistika Komitəsinin açıqladığı məlumata istinadən xəbər verir.

Cari ilin ilk ayında hasil edilmiş qızılın həcmi 270.9 kiloqram təşkil edib. Bu isə öncəki ilin analoji dövrünə nisbətən 43.1% kiçilmə deməkdir. DSK-nin açıqlaması göstərir ki, 1 fevral tarixinə qeyd edilən metal üzrə məhsul ehtiyatı 365.8 kiloqramdır.

Azalma digər qiymətli metal olan gümüş filizinin hasilatında da qeydə alınıb. Gümüş hasilatının həcmi ilin yanvar ayında 421.5 kiloqram olub, bu illik müqayisədə 22% azalıb.  1 fevral tarixinə məhsul ehtiyatı 414.1 kq olub.

Hazırda ölkədə 6 yataqda Britaniyanın “Anglo Asian Mining Inc.” və 2 yatağda isə dövlətə məxsus olan “AzerGold” QSC mayninq işlərini həyata keçirir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər