13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Ölkənin sığorta sektorunda son 3 ayda işçi ixtisarları olub

faizlere

Azərbaycanda qeyri-dövlət sektorunda sığorta, təkrar sığorta sahəsində çalışan işçilərin sayı son rübdə azalıb. Bu barədə Banker.az-ın əldə etdiyi rəsmi (DSK) məlumatda bildirilir.

Məlumata görə, ölkədə 1 iyul 2020-ci il tarixinə özəl sığorta sahəsində çalışan işçilərin sayı 2 731 nəfər olmuşdur. Bu isə düz 3 ay əvvəl, 1 aprel 2020-ci il tarixdə 2 903 nəfər idi. Lakin, illik müqayisədə özəl sektor üzrə işçilərin sayı 3.1 faiz artıb. Öncəki ilin 1 iyulunda özəl sığortada çalışanların sayı 2 650 nəfər idi.

Həmin sektorda işçilərinin sayı son üç ayda azalsa da, orta aylıq əmək haqları artaraq 1 677 manata yüksəlib. Bu 3 ay öncə 1 403 manat idi, yəni, 274 manat artım müşahidə edilib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər