12 C
Baku
Şənbə, Dekabr 4, 2021

Ölkədə sürücülük vəsiqəsi alanlarda qadınların payı ilbəil artır

2020-ci ildə Azərbaycanda nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsini alan şəxslərin gender bölgüsü açıqlanıb. Qadınların payı aşağı olsa da ilbəil artır.

Banker.az-ın əldə etdiyi məlumata görə, ötən il sürücülük vəsiqəsi alan kişilərin sayı 182 772 nəfər olduğu halda, qadınların sayı 14 834 nəfər təşkil edib.

Kişilərin sürücülük vəsiqəsi alanlarının sayı öncəki illə müqayisədə 14%, qadınların isə 6% azalmışdır.

Lakin pay bölgüsündə qadınların göstəricilərində müsbət istiqamətdə dəyişiklik var. 2019-cu ildə sürücülük vəsiqəsi alan kişilərin payı 93.1% olduğu halda, 2020-ci ildə bu rəqəm 92.5%-ə, qadınlarda isə müvafiq dövr üzrə 6.9%-dən 7.5%-ə yüksəlmişdir.

 

Son xəbərlər
Oxşar xəbərlər
X