15 C
Baku
Şənbə, Oktyabr 19, 2019

Ölkəmizə gələn əcnəbilərin sayında artım var

0

2019-cu ilin yanvar ayında Azərbaycana gələn əcnəbilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artaraq 191,6 min nəfərə çatıb. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, gələnlərin 29,4 faizi Rusiya Federasiyası, 29,1 faizi Gürcüstan, 11,2 faizi Türkiyə, 5,4 faizi İran, 4,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,7 faizi Ukrayna, 1,3 faizi İraq, 17,3 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. 2019-cu ilin ilk ayında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 88,3 milyon manatlıq əməliyyat aparıblar. Bu isə ötən ilin yanvar ayı ilə müqayisədə 11,5 milyon manat azdır: 2018-ci ilin ilk ayında əcnəbilərin bank kartları ilə apardıqları əməliyyatların həcmi 99,8 milyon manat təşkil etmişdi.

Ölkəmizə yanvar ayında gələnlərin sayında daha çox artım Misir (4,5 dəfə), Pakistan (2 dəfə), Türkmənistan (1,7 dəfə), Hindistan (1,4 dəfə), Çin (26,5 faiz), Gürcüstan (21,9 faiz), Cənubi Koreya (15,2 faiz) vətəndaşları arasında qeydə alınıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz azalaraq 28,5 min nəfər olub. Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 0,9 faiz artaraq 5,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 0,2 faiz azalaraq 67,2 min nəfər olub.

Yazı əlavə et