6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

Ölkəmizdə külək, turbinləri yaxşıca hərəkətləndirə ‘bilməyib’, istehsal azalıb – Nazirlik buna nə deyir?

Azərbaycanın bərpa olunan enerji təsərrüfatının  həcmi 2020-ci ilin ilk rübündə günəşdən alınan enerjini istisna etsək o qədər də “ürəkaçan” istiqamətdə irəliləyə bilməyib.

Azərbaycan yanvar-mart ayları ərzində külək turbinlərindən aldığı enerjisi 24,2 mln. kVt/saat təşkil edib, bu öncəki ilin eyni dövrü ilə müqayisədə 24%-lik azalmanın olması deməkdir. Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən ilin eyni dövründə daha gözə çarpan rəqəmlərlə külək enerjisi təsərrüfatı önə çıxmışdı. Təkcə 2019-cu ilin ilk rübündə 31,8 milyon kVt/saatlıq Azərbaycan elektrik enerjisi istehsal etmişdi.

Bununla yanaşı, azalma eləcə də su elektrik stansiyalarından alınan elektrik enerjisində də müşahidə edilir – halbuki, bunu artıq öncəki ildə də müşahidə etmişdik. Hesabat dövründə Azərbaycanda cəmi 216 mln. kVt/saatlıq bu bərpa olunan mənbədən elektrik enerjisi alınmışdı, bu 27% illik müqayisədə kiçilmədir.

Energetika Nazirliyi Banker.az-ın sorğusuna cavab olaraq bu azalmanın nə daxili istehlak, nə də xaricə satılan elektrik enerjisinin azalması səbəbindən ba vermədiyini bildirir. Nazirlik deyir ki, bu hava şəraitinə görə istehsalda azalma baş verib. Yəni, məsələn, öncəki ildəki külək bu ilkindən daha çox olub:

“Nəzərə almaq lazımdır ki, bərpa olunan enerji texnologiyaları günəş radiasiyası, günəşli saatların sayı, küləyin sürəti, istiqaməti, hava selinin sıxlığı və çayların gursululuğu da daxil olmaqla iqlimlə əlaqəli bir çox amillərdən kəskin şəkildə asılıdır.

İstehsal göstəricilərində yuxarıda qeyd edilmiş azalmaların səbəbi də xaricə ixrac etdiyimiz elektrik enerjisinin azalması ilə deyil, müvafiq olaraq su səviyyəsinin və küləkli günlərin sayının az olması ilə bağlıdır”.

Günəş panellərindən alınan rəqəmlər isə müsbət istiqamətdə irəliləmiş, ilk rüb ərzində 8,7 mln. kVt/saatlıq enerji əldə edilmişdi. Bu 6,1%-lik artım olması deməkdir.

Əvəzində isə artım, istilik elektrik stansiyalarının istehsalı 7,4% artımla  6 221,4 milyon kVt/saatlıq  enerji alınıb. Ümumilikdə isə Respublika üzrə elektrik enerjisi istehsalı 5,2 5 artımı məhz İES-lərin hesabına olub (6672,9 mln. kVt/saat).

Bildirək ki, cari ilin ilk rübündə ölkəmiz istehsal etdiyi enerjini artırsa da, öncəki illə müqayisədə xaricə ixracı 58% azalmaqla 374,63 milyon kVt/saat olmuşdu.

Son xəbərlər
Oxşar xəbərlər