9 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Ölkənin ən böyük istehlak krediti verən bankı şərtləri yumşaldır

“Kapital Bank” ASC də istehlak kreditlərinin şərtlərində dəyişiklik edib.

Banker.az-ın Monitorinq Qrupu bildirir ki, bankın müştərilərə təklif etdiyi “Gündəlik tələbat” istehlak kreditin maksimal məbləğini 20 000 manatdan 30 000 manata qaldırıb.

Kapital Bank bu krediti 60 ayadək (5 il), illik faiz dərəcəsi 21%-dən başlayaraq təklif edir.

Kapital Bank ölkədə ən böyük istehlak krediti portfelinə malik olan bankdır. Banker.az-ın 1 oktyabr 2021-ci il tarixinə olan araşdırmasına görə bankın istehlak krediti portfeli 1 milyard 540 milyon manatdır.

Son xəbərlər
Oxşar xəbərlər
X