15 C
Baku
Monday, November 11, 2024

Ölkənin ən böyük IT şirkətlərindən biri səhmdar cəmiyyətə çevrilib

“Bestcomp Group” MMC təşkilati-hüquqi formasını dəyişib.

Banker.az-ın xəbərinə görə,  8 962 330 manat nizamnamə kapitalına sahib olan böyük IT şirkəti bundan sonra qapalı səhmdar cəmiyyət kimi fəaliyyət göstərəcək.

“Bestcomp Group” 1998-ci ildə yaradılıb.

“Bestcomp Group” QSC sistem inteqrasiyası, məlumat mərkəzi həlləri, şəbəkə həlləri, enerji təminatı və soyutma sistemləri, tətbiqetmələr və proqram təminatının hazırlanması, İT sahəsində məsləhət xidmətləri, o cümlədən, distribüsiya kimi geniş çeşiddə xidmətlər təklif edir.

Şirkət 2020-ci ildə 9 704 357 manat xalis mənfəət əldə etmişdi.

Son xəbərlər
Digər xəbərlər