Ölkənin ən böyük ixracatçı şirkəti gömrük məsələsinə görə cərimələnə bilər

Azərbaycanda qida istehsalı üzrə nəhəng şirkət “Azersun Holding”in törəmə şirkəti barəsində cərimə protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi “SUN FOOD” MMC şirkəti barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edərək, 9 iyun 2021-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Xatırladaq ki, “Sun Food” 2003-cü ildə yaradılıb və 110 milyon manatdan çox nizamnamə kapitalına sahibdir. Azərbaycanın xaricə qeyri-neft sektoru üzrə ən çox məhsul ixrac edən şirkətlərin siyahısına daxildir.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.