24 C
Baku
Wednesday, August 17, 2022

Ölkənin bankları pos- terminalların sayını 6% artırıb

1 Aprel tarixində bankomatlar və pos-terminalların sayında artım müşahidə olunub.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, hazırda ölkədə bankomatların sayı 2 633 ədəd olub ki, bu da bir ay ərzində 11 ədəd artım deməkdir. Bankomatların 1 481 ədədi Bakı şəhərində, 1 152 ədədi isə regionlardadır.

Bankomatlarla müqayisədə pos terminalların sayında daha çox artım qeydə alınıb. Belə ki, cəmi bir ay ərzində pos terminalların sayı 590 ədəd, yəni artaraq 6% 77 631 ədəd təşkil edib. İlin əvvəlindən isə ölkə ərazisində 4 618 ədəd pos terminal quraşdırılıb.

Pos terminalların 50 229 ədədi Bakı şəhərində, 27 402 ədədi isə regionlarda quraşdırılıb.
Pərakəndə ticarət obyektlərində 76,219 min ədəd pos-terminal quraşdırılıb ki, bu göstərici də ümumi pos terminalların 98,2%-i deməkdir

Son xəbərlər
Oxşar xəbərlər