Ölkənin böyük pambıq istehsalçısı “Azsığorta”nı məhkəməyə verdi

AzSığorta Şirkəti

Azərbaycanda fəaliyyət göstərən 19 yaşlı böyük şirkət “Azsığorta” Açıq Səhmdar Cəmiyyətini məhkəməyə verib.

Banker.az xəbər verir ki, tikinti şirkəti “MKT İstehsalat Kommersiya” MMC sığorta şirkəti ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Müraciətin səbəbini isə sığorta müqaviləsi üzrə mübahisədən irəli gəlir.

“MKT İstehsalat Kommersiya” MMC 2002-ci ildə yaradılıb və 128.27 mln. manat nizamnamə kapitalına sahibdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-ində pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.

“MKT İstehsalat Kommersiya” MMC xam Pambıqdan əsasən Mahlıc, Çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jımıx istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə, İran, Rusiya və digər MDB ölkələrinə ixrac edilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.