31 C
Baku
Thursday, July 18, 2024

Ölkənin enerji təhlükəsizliyinin hansı vasitələrlə təmin ediləcəyi açıqlanıb

Ölkənin enerji təhlükəsizliyinin hansı vasitələrlə təmin ediləcəyi açıqlanıb.

Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Energetika haqqında” yeni qanun layihəsində əksini tapıb.

Ölkənin enerji təhlükəsizliyi aşağıdakı vasitələrlə təmin edilir:

– enerji mənbəyi olan təbii ehtiyat yataqlarının işlənilməsi və hasilatının, enerji istehsalının və saxlanmasının, idxalı və ixracı üzrə öhdəliklərin ölkənin perspektiv inkişaf planları və proqnozlaşdırılan enerji tələbatı ilə uzlaşdırılması;

– bərpa olunan enerji mənbələri hesabına enerji istehsalının genişləndirilməsi;

– enerji ehtiyatlarının yaradılması və enerji təhlükəsizliyini təmin etmək üçün tələb olunan səviyyədə saxlanılması;

– enerji resurslarından səmərəli istifadənin təmin edilməsi və enerji effektivliyinin artırılması.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ölkədə müxtəlif enerji və yanacaq növlərinə tələbata, eləcə də enerji istehsalına dair qısamüddətli və uzunmüddətli proqnozlara əsaslanan enerji balansına uyğun olaraq həmin proqnozlar əsasında enerji müstəqilliyinin təmin edilməsi üçün tədbirlər görür. Energetika obyektlərinin tikintisinə, istismarına və texniki təhlükəsizliyinə dair tələblər Şəhərsalma və Tikinti Məcəlləsi, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında”, “Texniki təhlükəsizlik haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə müəyyən edilir.

Energetika sahəsinin müxtəlif sektorlarını tənzimləyən qanunlarda energetika obyektlərinin mühafizəsi ilə əlaqədar tələblər müəyyən edilə bilər. Energetika obyektləri “Texniki tənzimləmə haqqında” qanuna uyğun olaraq sertifikatlaşdırılır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər