27 C
Baku
Saturday, July 27, 2024

Ölkənin iri tikinti şirkəti “Azəraqrartikinti”nin xalis mənfəəti kəskin düşüb

İnşaat sektorunda tanınmış şirkətlərdən biri olan “Azəraqrartikinti” ASC 2021-ci ildə böyük mənfəət əldə edib.

Bu barədə Banker.az tikinti şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Tikinti şirkəti 2021-ci ildə 31.1 mln. manat (2020: 17.92 mln. manat) əsas əməliyat gəliri əldə etmiş, satışın maya dəyəri isə 28.12 mln. manat (15.97 mln. manat) edib ki, bu da onun ümumi mənfəətini 53% artıraraq 2.99 mln. manata çatdırıb.

“Azəraqrartikinti” ASC-nin inzibati xərclərinin həcmi öncəki hesabat ilində 1.24 mln. manat təşkil etdiyi halda, hesabat ilində 0.49 mln. manat edib.

Beləliklə, xərclər digər xərclər və gəlirlər fərqindən sonra şirkətin xalis mənfəəti 2 mln. manat üzərində təşkil edib. Bu öncəki ildə 1.46 mln. manat idi.

Bu xalis mənfəətdən sonra şirkətin balansındakı 26.76 mln. manata yüksəlib.

1998-ci ildən dövlət qeydiyyatına  alınıb və 11 229 400 manat nizamnamə kapitalı var.

Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında, həmçinin AMEA-nın Tarix Muzeyində, Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində aparılan tikinti, bərpa və yenidənqurma işlərini, AMEA Mərkəzi Elmi Kitabxanasının, AMEA-nın Milli Ensiklopediya Mərkəzinin, Bakı şəhərində Apelyasiya Məhkəməsi üçün inzibati binanın, Kənd Təsərrüfatı və Ədliyyə Nazirliyinin bir sıra obyektlərinin, Bakı şəhərinin rayonlarında xeyli sayda məktəblərin və uşaq bağçalarının, Şəmkir-Gəncə magistral su xəttinin, Goranboy və Göygöl rayonlarının su və kanalizasiya şəbəkələrinin, Bakı şəhərində və respublikanın müxtəlif şəhər və rayonlarında məcburi köçkün soydaşlarımız üçün salınan qəsəbələrdə xeyli sayda çoxmərtəbəli və fərdi yaşayış evlərinin tikintisi “Azəraqrartikinti” ASC tərəfindən aparılıb.

4324234324234242423423234234234234234

Son xəbərlər
Digər xəbərlər