27 C
Baku
Saturday, July 27, 2024

Ölkəyə 18 milyon dollarlıq gübrə gətirilib

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 18 milyon 992 min ABŞ dolları dəyərində 77 min 286  ton gübrə idxal olunub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki,  bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində təxminən 3.4%, həcm ifadəsində isə 18.1% çoxdur.

Qeyd edək ki, bu ilin ilk rübündə gübrə idxalının ümumi idxalda payı 0.75% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər