2020-ci ilin yanvar-fevral aylarında ölkəyə 10 717 ədəd minik avtomobili, 741 ədəd yük avtomobili, 64 ədəd avtobus idxal olunmuşdur.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2020-ci ilin yanvar-fevral ayında Azərbaycana ümumilikdə 7 mln. 368,3 min dollar məbləğində avtobus idxal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,6 dəfə çoxdur.
Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə 64 ədəd avtobus (artım 1,7 dəfə) idxal olunub.
Bundan başqa, cari ilin yanvar-fevral ayında Azərbaycana 10 mln. 547,4 min dollar dəyərində (artım 1,8 dəfə) 741 ədəd yük avtomobili (artım 1,9 dəfə) idxal edilib.
2020-ci ilin yanvar-fevral ayında ölkəyə 10 717 ədəd minik avtomobili idxal edilib ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 2,3 dəfə çoxdur.