17 C
Baku
Friday, April 19, 2024

Ölkəyə elektriklə işləyən taksilər gətiriləcək

“Azərbaycana elektriklə işləyən taksilər gətiriləcək”.

Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə yanvarın 15-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

“Azərbaycanda 1500 ədəd “London taksisi” fəaliyyət göstərir. Bizim nazirliyin tabeliyində 1200 ədəd “London taksisi” var. Sizin tapşırığınıza əsasən, biz yeni, müasir standartlara cavab verən 100 ədəd “London taksisi” sifariş etmişik. Üç ay ərzində Azərbaycana gətiriləcək bu taksilərin üstünlüyü ondan ibarətdir ki, onlar yanacaqla deyil, elektriklə işləyir. Bir daha qeyd etmək istəyirəm ki, bu taksilər müasir standartlara tam şəkildə cavab verir”, – nazir vurğulayıb.

©Report

Son xəbərlər
Digər xəbərlər