28 C
Baku
Saturday, July 27, 2024

Ölkəyə gətirilən 1 tondan çox manna yarmasında bağırsaq çöpü bakteriyası normadan artıb çıxıb

“AzerTürk-XXI.TTC.SAN” MMC-nin ümumi çəkisi 1 087 kq “Tat” əmtəə nişanlı manna yarması məhsuluna qida təhlükəsizliyi sertifikatının alınması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti edib. İdxal olunmuş məhsullardan götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında aparılmış ekspertizası nəticəsində bağırsaq çöpü qrupu bakteriyalarının miqdarının normadan artıq olduğu müəyyən olunub.

Banker.az bu barədə AQTA-ya istinadə xəbər verir.

Faktla bağlı Agentlik tərəfindən 20.03.2022-20.09.2023-ci il tarixli, 0322 nömrəli məhsul partiyasının zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası barədə qərar qəbul edilib. Məhsul “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Son xəbərlər
Digər xəbərlər