Ölkəyə gətirilən kərə yağının ortalama qiyməti 8% düşüb

  • 3
  •  
  •  
  •  

Azərbaycan 2019-cu ilin yanvar-fevral ayları ərzində xaricdən idxal olunan kərə yağı, digər süd yağları və pastalarının kiloqramına düşən qiymət ucuzlaşmalı olub. Ötən ilin yanvar fevral ayları üzrə xaricdən idxal olunan kərə yağının dəyəri ortalama 1 kq üçün 5,87 dollar olduğu halda bu ilin eyni dövründə 5,41 dollara idxal (46 sent ucuz – 78 qəpik) edilib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqlamasında deyilir.

Azərbaycan 2019-cu ilin yanvar-fevral ayları ərzində xaricdən 718 ton həcmində, yəni, 3 mln. 884,9 min ABŞ dollarılıq (USD) kərə yağı idxal edib.

Məlumata görə, idxal həcmi 2018-ci ilin analoji dövrü ilə müqayisədə həcmi 16,4%, dəyəri isə 21,3% bu il daha az olub.

 


  • 3
  •  
  •  
  •