13 C
Baku
Çərşənbə, Dekabr 1, 2021

Ölkəyə gətirilən külli miqdarda “zırpaket” gömrükdə saxlanılıb

Gömrükçülər külli miqdarda pirotexniki vasitələrin və dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə ağacyonqarlı piltələr, səthi melaminlə hopdurulmuş, kağızla örtülmüş laminat yükü gətirən “DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və terminalın ərazisinə gətirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsində gətirilən yüklərdən əlavə karton qutuların olduğu müəyyən edilib. Baxış zamanı 213 iri həcimli qutuda – 10 384 ədəd fişəng, 164 560 ədəd petarda və 2 qutuda 42 000 ədəd “Prednizalon 5 mg” adlı həb, 66 flakon “Fosit 4 g” adlı dərman vasitələri aşkarlanıb.

Oxşar xəbərlər

Misirdə peyvənd olunmayan şəxslərin dövlət qurumlarına girişi qadağan edilib

Misirdə koronavirusa qarşı peyvənd olunmayan vətəndaşların dövlət idarələrinə girişinə qadağa qüvvəyə minib. TASS xəbər verir ki, dekabrın 1-dən bu qadağa istisnasız olaraq bütün vətəndaşlara şamil...

Dünyanın 23 ölkəsində yeni “omikron” ştamı aşkarlanıb

Dünyanın 23 ölkəsində yeni “omikron” ştamı müəyyən edilib. "RİA Novosti” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib. ÜST...

KİV: “Azərbaycan və Ermənistan xarici işlər nazirləri dekabrın 2-də görüşməyi planlaşdırır”

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan dekabrın 2-də Stokholmda görüşməyi planlaşdırırlar. Aysor.am xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət...
X