25 C
Baku
Saturday, July 27, 2024

Ölkəyə gətirlən kassa aparatlarının 77%-i Çin istehsalı olub

2019-cu il ərzində ölkə ərazisinə xaricdən 22 510 ədəd kassa aparatları gətirilib.

Banker.az xəbər verir ki, ölkəyə gətirilən həmin aparatların dəyəri isə 3,61 milyon ABŞ dolları dəyərində təşkil edib. Bu barədə DKS-nin məlumatında qeyd edilib.

Öncəki illə müqayisədə ölkəyə gətirilən kassa aparatlarının sayı 2,3 dəfə daha çox olmuşdur.

Azərbaycan bazarına daxil olan kassa aparatlarının 17 403 ədədi (ümumi bu növ məhsulların 77%-dən çoxu) Çin Xalq Respublikasından daxil olub ki, idxal dəyəri 2,62 milyon dollar təşkil etmişdir ki, bir aparata ortalama 150 dollar xərc edilib.

İkinci ən çox, ölkənin yaxın ticarət tərəfdaşı Rusiyadandır ki, bu kassa aparatlarının sayı 3 909 ədəd olub. Rusiyadan idxal olunan kassa aparatlarının idxal dəyəri 437,22 min dollar edir ki, bu da bir aparat üzrə qiyməti 111 dollar olması deməkdir.

Digər 3-cü ən böyük Azərbaycana kassa aparatı satan Malayziyadır ki, bu cəmi 870 ədədir və idxal dəyəri 167,84 min dollar təşkil edir.

Xatırladaq ki, 2018-ci il ərzində Azərbaycana  9 942 ədəd kassa aparatı idxal olunmuşdu ki, həmin kassaların ümumi dəyəri 2,35 mln. dollar təşkil edirdi.

Son xəbərlər
Digər xəbərlər