9 C
Baku
Bazar, Oktyabr 24, 2021

Ölkəyə giriş-çıxışa qoyulan məhdudiyyətin müddəti uzadıldı: Biletlərin taleyi necə oldu? – RƏSMİ

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixinədək uzadılıb.

Artıq ölkə ərazisini yerüstü və hava yolu ilə tərk etmək məlum tarixə qədər mümkün olmayacaq.

Azərbaycanda giriş-çıxışa tətbiq olunan məhdudiyyət xarici ölkələrə getmək üçün alınan biletlerin taleyini gündəmə gətirib. Mövcud vəziyyətdə hava, dəmir yolu və avtobusla xaricə getmək üçün bilet alan vətəndaşlarla bağlı vəziyyət nə yerdədir? Bunu dəqiqləşdirmək məqsədilə hər bir dövlət qurumuna müraciət etdik və onlardan rəsmi mövqe öyrənməyə çalışdıq.

“Azərbaycan Hava Yolları” QSC və onun aşağı büdcəli törəməsi “Buta Airways”in koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ləğv edilmiş reyslər üzrə biletlərin pulunu qaytarılması geriyə ödəniş aviaşirkətlər normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra, ardıcıllıqla həyata keçiriləcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən isə bildirilib ki, dəmir yolu ilə sonuncu beynəlxalq qatar martın 22-də Bakıdan yola düşüb: “Ona qədər bütün biletlər geri qaytarılıb. Çünki artıq qatarların hərəkətinin dayandırılacağına dair elan verilmişdi”.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən isə qeyd olunub ki, ölkədə giriş-çıxışın qadağan edilməsi 24 mart tarixindən tətbiq olunmağa başlayıb: “Bu dövrə qədər alınan onlayn və nağd biletlər var idisə, onların geri qaytarılması yekunlaşıb. Bakı Beynəlxlaq Avtovağzal Kompleksi bütün biletlərin geri qaytarılmasını nağd və bank hesabı ilə həyata keçirib”.

Mənbə:Baku.ws
Son xəbərlər
Oxşar xəbərlər