26 C
Baku
Saturday, July 27, 2024

Bu il ölkəyə idxal edilən çayın dəyəri 2 milyon dollardan çox artıb

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 46 milyon 257 min ABŞ dolları dəyərində 11 min 381 ton çay idxal edilib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən çayın dəyəri 2 milyon 642 min (6%) ABŞ dolları, həcmi isə 237 000 ton (2.1%) artıb.

Belə ki, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində 43 milyon 615 min ABŞ dolları dəyərində 11 min 144 ton çay idxal edilmişdi.

Həmçinin qeyd edək ki, hesabat dövründə çayın ümumi idxaldakı payı 0,53% təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər