18 C
Baku
Wednesday, April 17, 2024

Ölkəyə qanunsuz gətirilən “iPhone”lar, “iPad”lər və s. aşkarlanıb – Gömrük Komitəsi

Azərbaycan ərazisinə qanunsuz yollarla gətirilən mobil telefonlar və müxtəlif məhsullar aşkar edilib.

Banker.az Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir ki, ölkə ərazisinə qanunsuz yollarla gətirilən, Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan 176 qutu “Parliament” markalı siqaret, ümumilikdə 25 ədəd müxtəlif markalı mobil telefon (6 ədəd “İphone 14 Pro”, 4 ədəd “İphone 14 Pro Max”, 4 ədəd “İphone 13 Pro Max”, 1 ədəd “İphone 13 Pro”, 2 ədəd “İphone 12 Pro”, 3 ədəd “İphone 11”, 2 ədəd “İphone 11 Pro”, 2 ədəd “İphone XS”, 1 ədəd “Samsung S22”), 48 ədəd mobil telefonlar üçün ekran, 3 ədəd qidalandırıcı başlıq, 21 ədəd qidalandırıcı naqil, “İphone” markalı mobil telefonlara aid 13 ədəd boş telefon qutusu, 2 ədəd ekran qoruyucusu, 5 ədəd “Apple Watch” markalı “ağıllı” saat, 3 ədəd “Galaxy Watch5 Pro” markalı “ağıllı” saat, 4 ədəd içərisində yalnız aksesuarları olan “Apple Watch” markalı “ağıllı” saata aid qutu, 1 ədəd “İPad” markalı planşet, 2 ədəd “İPad” markalı planşetə aid boş qutu, 1 ədəd “Apple Mac Book” markalı noutbuk, 30 ədəd video oyun diski,  50 ədəd elektron qəlyan, 13 ədəd plastik qablarda qida əlavələri, 16 ədəd ətir və 9 ədəd ətir dəsti, zərgərlik məmulatları – 2 ədəd qol saatı,  4 ədəd üzük aşkar edilib.

Faktla bağlı araşdıma aparılır.

Son xəbərlər
Digər xəbərlər