28 C
Baku
Saturday, July 27, 2024

Ölkəyə valyuta daxilolmasında fiziki şəxslərin payı artıb

Bu il Azərbaycanda özəl sektorun ixracda iştirak payı 5.3 faiz, dövlət sektorunun isə 40.9% azalıb.

Bu barədə Banker.az Dövlət Gömrük Komitəsinin 2020-ci ilin 8 ayı üzrə rəqəmlərinə istinadən xəbər verir.

Cari ilin ilk 8 ayında Azərbaycandan xaricə dövlət sektorundan xaricə ixracda $4 851.18 milyonluq ($4.85 mlrd.) məhsul ixrac olunub. Bu öncəki ilin eyni dövründə $8 213.94 milyon idi.

Hesabat dövründə isə özəl sektorun isə ixracda  payı $4 990.44 milyon təşkil edib. Bunu bildirməliyik ki, bu öncəki ildə $5 269.95 milyon idi.

Lakin, bu sektorların azalmasına rəğmən, fiziki şəxslərin ixracdakı payında nikbin rəqəmlər qeydə alınıb. İxrac olunmuş məhsullarda fiziki şəxslərin $38.49 mln. manatlıq payları olub. Bu isə öncəki ildəki rəqəmdən 6.9% artım olması deməkdir. Öncəki ildə fiziki şəxslər $36 mln. həcmində məhsul ixrac etmişdirlər.

Son xəbərlər
Digər xəbərlər