İlin əvvəlindən ölkə əhalisinin sayı 37766 nəfər və ya 0.4 faiz artaraq 2024-cü il noyabr ayının 1-i vəziyyətinə 10 218 536 nəfərə çatıb. Ötən ilin eyni dövründə isə artım 0.5% idi.
Banker.az DSK-ya istinadən xəbər verir ki, əhalinin ümumi sayının 54.5 faizini şəhər, 45.5
faizini kənd sakinləri, 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir.
Cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 86274 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11.2-dən 10.1-ə düşüb.
Doğulan körpələrin 53 faizi oğlan uşaqları, 47 faizi isə qız uşaqları olmuşdur. Körpələrdən 2800-ü əkiz, 108-i üçəm və 4-ü isə dördəm doğulub.