7 C
Baku
Thursday, December 12, 2024

Ölkə adından borc alınması və zəmanəti qaydasında dəyişiklik – Fərman

Azərbaycan Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərman imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”na aşağıdakı məzmunda 1.2-2-ci bənd əlavə edilsin:

“1.2-2. Müqavilə əsasında idarəetməyə verilən və payları (səhmləri) yüz faiz dövlətə məxsus lotereya təşkilatçısı və (və ya) idman mərc oyunları operatoru olan hüquqi şəxsə bu Qaydanın müddəaları idarəetmə müqaviləsi qüvvədə olduğu müddət ərzində şamil edilmir.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2022-сi il

Son xəbərlər
Digər xəbərlər