13 C
Baku
Wednesday, May 8, 2024

Ölkə banklarının gəliri artdı

Azərbaycanda fəaliyyət göstərən 44 bankdan 38-i mənfəətlə, 6-sı zərərlə işləyir.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, cari ilin 1 sentyabr tarixində, Azərbaycanda fəaliyyət göstərən 44 bankdan 38-i mənfəətlə, 6-ı isə zərərlə işləyib. Həmin tarix üzrə isə mənfəətlə işləyən banklar üzrə bank sisteminin cəmi mənfəəti 348,52 milyon manat, zərərlə işləyən banklar üzə bank sektorunun zərəri isə 31,33 milyon manat təşkil edib.

Nəticədə bank sisteminin yekun mənfəəti 317,19 milyon manat təşkil edib, bu da ötən ay ilə müqayisədə 7%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 29% çoxdur.

2014-cü ilin bankların ən çox zərərlə işlədiyi ay aprel ayına təsadüf edirdi. Belə ki, aprel ayında zərərlə işləyən bankların sayı 11 -ə çatmışdır.

Qeyd edək ki, Azərbaycanın bank sistemi 2011-ci ili 158,99 milyon manat zərərlə, 2012-ci ili 130,01 milyon manat, 2013-cü ili isə 267.57 milyon manat mənfəətlə başa vurmuşdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər