22 C
Baku
Friday, October 4, 2024

Ölkə banklarının kreditlər üzrə orta faiz dərəcəsi artıb

1 iyul tarixində Azərbaycanda kreditlər üzrə faiz dərəcəsi 14,13% təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bir ayda kreditlər üzrə faiz dərəcəsi manatla 14,05 % -dən 14.13%-ə , xarici valyuta ilə isə 14,39% -dən 14,84%-ə qədər yüksəlib.

Cari ilin 6 ayı ərzində isə ən yüksək orta faiz dərəcəsi manatla 14,47% ilə 1 mart tarixində, ən aşağı faiz dərəcəsi isə manatla 14,05% ilə 1 iyun ayında qeydə alınıb.

Hazırda hüquqi şəxslərə verilən kreditlər üzrə orta faiz dərəcəsi manatla 10,89%, xarici valyuta ilə 10,53%, fiziki şəxslər üzrə orta faiz dərəcəsi manatla 18,04%, xarici valyuta ilə isə 21,43 % təşkil edib.

Bir aya qədər verilmiş kreditlər üzrə orta faiz dərəcəsi isə son bir ay ərzində 4.7%, artaraq 14,36%-ə, 1 ilə qədər verilmiş kreditlər üzrə orta faiz dərəcəsi isə 0.16% artaraq 17,11%-ə çatıb.

Son xəbərlər
Digər xəbərlər