19 C
Baku
Sunday, May 19, 2024

Ölkə banklarının mühafizə sistemi

XX əsrin tarixinə nəzər salsaq, bank qarətləri faktlarına rast gələ bilərik. Məsələn, İsveçin Banklar Birliyindən 31,4 milyon İsveçrə frankı başqa sözlə 220 kağız pul oğurlanıb. XXI əsrdə də analoji hadisələr təkrarlanıb.  2006-cı il İngiltərədə Tonbric şəhər bankının qarət edən soyğunçular 80 milyon avronu mənimsəyir. Keçən yüzillikdən fərqli olaraq bu tip hadisələr gözümüzün önündə baş verir və yüksək texnologiyanın inkişaf etməsi də,  xoşagəlməz hadisələrin qarşısını ala bilmir.

Ölkə bankları üçün  bu tip hadisələr bir o qədər tanış olmasa da, silahlı qarət hallarından heç bir bank siğortalanmayıb. Sual olunur?  Bank binalarının təhlükəsizlik sistemi necə qurulur ?

Belə ki, Baş nazir Artur Rasizadə 2008-ci ilin fevralın 7-də “Dövlət orqanları tərəfindən mühafizə olunan obyektlərin siyahı”sının təsdiq edilməsi barədə qərar verib. Qərar “Qeyri-dövlət(özəl) mühafizə fəaliyyəti haqqında qanunun tətbiq edilməsi barədə” prezidentin 2007-ci il 21 iyun fərmanına uyğun olaraq qəbul edilib.

Həmin qərara görə, dövlət orqanları tərəfindən mühafizə olunan obyektlərin siyahısında Azərbaycan respublikasının Milli Bankı, Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank onların şəhər, rayon filialları, bank xəzinələri, ödəniş məntəqələri, qiymətli kağızlar saxlanılan yerlər, valyutadəyişmə məntəqələri, pul vəsaitləri saxlanılan özəl banklar da yer alır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər