19 C
Baku
Thursday, April 25, 2024

Ölkə banklarının xəbəri olmadığı tövsiyyə

“3-D Secure” protokolu “Visa Int.” beynəlxalq kart təşkilatı tərəfindən yaradılıb. İnternet şəbəkəsi üzərindən həyata keçirilən əməliyyatların təhlükəsizliyinin təkmilləşdirilməsi məqsədi daşıyır. Bu xidmət başqa adla “Verified by Visa” adlanır.

Bu protokola əsaslanan xidmət, “MasterCard Incorporated” beynəlxalq kart təşkilatı tərəfindən “MasterCard Secure Code”, “JCB International” beynəlxalq kart təşkilatı tərəfindən isə “J/Secure” adı altında qəbul olunub.

Bu layihə, kartı hər cür dələduzluq və fırıldaqçılıq hallarından müdafiə edir. Belə ki, pərakəndə ticarət, iaşə və digər xidmət müəssisəsi “3-D Secure” protokolunu tətbiq etmədikdə, həqiqi əməliyyat kimi qəbul edildiyi zaman avtorizasiya əldə edilməsinə baxmayaraq belə, sonradan fırıldaqçılıq olduğu aşkarlandıqda əməliyyata görə cavabdehlik daşıyır.

Bu protokolun əsas mahiyyəti avtorizasiya prosesini online olaraq həqiqiliyin yoxlanılması ilə əlaqələndirməsidir. Yəni, müştərinin həqiqiliyinin müəyyən edilməsini təmin edir.  İdentifikasiya 3 əsas domen model (adında 3-D işarəsi buna görədir) üzərində qurulub:

Ekvayerin domeni (pərakəndə ticarət, iaşə və digər xidmət müəssisəsi və pul vəsaitinin ödənildiyi bank);

Emitentin domeni (ödəniş kartını emissiya edən bank);

Qarşılıqlı əlaqə domeni (kart təşkilatı tərəfindən 3-D Secure protokolunu dəstəkləmək üçün təmin olunan infrastruktur).

Ödəniş kartını emissiya edən bank hər hansı bir təsdiq etmə metodu istifadə edə bilər, lakin səciyyəvi olaraq, parol əsaslı metod istifadə edilir. Bu protokol tövsiyyə edir ki, bankın yoxlama səhifəsi həmin sessiya çərçivəsində yüklənilsin. Bu halda bankın sistemi təhlükəsizliyin pozulması üzrə cavabdeh olacaqdır.

Azərbaycanda Ekspressbank, Muğan Bank, Rabitə Bank, ATA Bank, AFB Bank, Azərbaycan Beynəlxalq Bankı, Bank Avrasiya, Bank Silk Way, Uni Bank, Dəmir Bank, Azər Türk Bank bu sistemə qoşulub. Bankların bəzilərinin isə bu sistemin mahiyyətindən xəbərləri belə yoxdur.

Qeyd edək ki, Mərkəzi Bank  internet üzərindən həyata keçirilən ödənişlərdə “3D secure” təhlükəsizlik texnologiyasının tətbiqini ölkə banklarına tövsiyyə edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər