“SMS icazə xidmətlərindən vətəndaşlarla bərabər, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər də istifadə edə biləcəklər”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Ü. Mehdiyev deyib ki, iki həftə ərzində beynəlxalq və yerli uçuşlar da olacaq: “Həmin sərnişinlər sərhəd xidmətindən keçərkən pasportlarına ştamp vurulur və o insanlar bunun əsasında aeroportdan rahat evə gedə biləcəklər. Ölkə daxili uçuşlar zamanı da insanlar bilet əsasında hava limanına gedə və evə qayıda biləcəklər”