24 C
Baku
Thursday, September 11, 2025

Ölkə iqtisadiyyatına investisiya qoyuluşu öncəki ildən az olaraq qalıb

2025-ci ilin yanvar-avqust aylarında əsas kapitala 11 milyard 374.5 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.2 faiz az investisiya yönəldilmişdir.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 16.6 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 8.0 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 5800.2 milyon manatı və ya 51.0 faizi məhsul istehsalı sahələrinə, 3819.9 milyon manatı (33.6 faizi) xidmət sahələrinə, 1754.4 milyon manatı (15.4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş investisiyaların 8752.8 milyon manatını və ya 77.0 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 8985.9 milyon manatı və ya 79.0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Son xəbərlər
Digər xəbərlər