11 C
Baku
Thursday, November 14, 2024

Ölkə üzrə ən sərfəli kreditlər Naxçıvanda təklif olunur

Banker.azın verdiyi informasiyaya görə, Naxçıvanda kredit faizləri üzrə ən aşağı faizlər qeydə alınıb.

Faiz dərəcələrinin istehlakçılar üçün optimal səviyyədə olması kreditlərin əlçatanlığını artıran əsas amildir. Hazırda ölkəmizdəki kredit bazarına nəzər saldıqda görürük ki, muxtar respublikamızda kreditlər üzrə tətbiq edilən orta faiz dərəcələri Azərbaycanın digər iqtisadi rayonları ilə müqayisədə ən aşağısəviyyədədir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatına görə, 1 dekabr 2016-cı il tarixə təklif olunan kreditlər Abşeron iqtisadi rayonu üzrə 16,7 faiz, Aran iqtisadi rayonu üzrə 22,6 faiz, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 22,1 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 19,5 faiz, QubaXaçmaz iqtisadi rayonu üzrə 19,8 faiz, Lənkəran iqtisadi rayonu üzrə 22,4 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 22 faiz, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 17,9 faiz, Naxçıvan Muxtar Respublikası üzrə isə 12,6 faiz təşkil edir.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata görə, muxtar respublikada kredit faizlərinin ölkə üzrə ən aşağı göstəricilər olmasına təsir edən mühüm amil “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aşağı faiz dərəcələri ilə təklif edilən kreditlərdir.Adıçəkilən bankın Müşahidə Şurasının yeni qərarı ilə 18 yanvar 2017-ci il tarixdən kreditlərin faiz dərəcələri yenidən aşağı salınıb. Belə ki, yeni qaydalara görə kənd təsərrüfatı üzrə heyvandarlığa 15, taxılçılığa, kartofçuluğa, bostan, tərəvəz və qarğıdalı kimi əkinçilik sahələrinə 13 faizlə kreditlər verilir. Muxtar respublika sakinləri istehlak kreditlərini 17, kart kreditlərini 18, bankın öz vəsaiti hesabına verilən ipoteka kreditlərini isə 10 faizlə götürə bilərlər. Onu da qeyd etmək lazımdır ki, ipoteka krediti üzrə faiz dərəcəsinin aşağı salınması Naxçıvanbank tərəfindən əvvəlki illərdə verilmiş kreditlərə də şamil olunur.

İdarədən onu da bildiriblər ki, Naxçıvanda verilən kreditlər üzrə faizlər “annuitet” üsulla hesablanır. Bu da vətəndaşların əldə etdikləri vəsaitlər üçün ödəyəcəkləri real faiz dərəcəsinin aşağı düşməsinə səbəb olur. Kreditlərin faktiki illik faiz dərəcələri kənd təsərrüfatı üzrə 6,5- 7 faiz, istehlak kreditləri üzrə 8,5- 9 faiz, daxili ipoteka kreditləri üzrə 5 faiz təşkil edir.

Muxtar respublikada həyata keçirilən kreditləşmə işində 2016-cı ildə Ali Məclis Sədrinin müvafiq Fərmanı ilə yaradılan “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cə- miyyəti vəsaitləri hesabına verilən 4-8 faizli, uzunmüddətli kreditləri də qeyd etmək lazımdır. Belə ki, bu kreditlər muxtar respublikamızda əhalinin mənzil təminatını yaxşı- laşdırmaqla bərabər, real sektorun da inkişafına xidmət edir.

Son xəbərlər
Digər xəbərlər