Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə fevral ayının pensiya ödənişini yekunlaşdırıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, fevralın 14-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, fevralın 19-da isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin fevral ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Pensiyaların minimum məbləği 2023-cü il fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb. Həmçinin bütün növ pensiyaların 2023-cü il yanvarın 1-dən 14,7 faiz indeksləşdirilərək artırılması təmin edilib.
Fevral ayının pensiyaları yeni artımlarla verilib. Həmçinin indeksləşdirmə əsasında yanvar ayına aid pensiya artımı da fevral ayının pensiyası üzərinə əlavə olunub.