Azərbaycanda 1 yanvar 2022-ci il tarixində işsizlərin sayı bir qədər də azalaraq 315.7 nəfər təşkil edib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da öncəki ayla müqayisədə 200 nəfərə yaxın azalma deməkdir və işsizlik səviyyəsi 5.95% olmuşdur. Öncəki ayda işsizlik səviyyəsi 5.96% idi.
Ölkədə iqtisadi fəal əhalinin sayı 5 303.9 min nəfər olmuş, bunun da 4 988.2min nəfəri məşğul əhali olmuşdur.