24 C
Baku
Wednesday, October 2, 2024

Ölkə üzrə kredit qoyuluşunun 19%-dən çoxu regionların payına düşür

İyun ayının 1 tarixində Azərbaycanda regionlar üzrə kredit qoyuluşu 16 595 366.2 min manat təşkil edib. 
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, son bir ay ərzində kredit qoyuluşları 349 983 min manat və ya 3% artıb. Təkcə Bakı şəhəri üzrə isə 1 4015 934.9 min manat kredit qoyuluşu olub.
Regionlar üzrə isə, Abşeron iqtisadi rayonu – 520 212.3 min manat , Aran iqtisadi rayonu – 900 485.7 min manat, Dağlıq Şirvan iqtisadi rayonu – 101 528.6 min manat , Gəncə-Qazax iqtisadi rayonu – 341 957.5 min manat, Quba-Xaçmaz iqtisadi rayonu- 106 259.7 min manat, Lənkəran iqtisadi rayonu – 274 477.9 min manat, Şəki-Zaqatala iqtisadi rayonu – 148 150.3 min manat, Naxçıvan iqtisadi rayonu – 99 989.5 min manat təşkil edib.
Belə ki, ən az kredit qoyuluşu olan region -Lənkəran iqtisadi rayonu, ən çox kredit qoyuluşu olan region isə Aran iqtisadi rayonu olub.

Son xəbərlər
Digər xəbərlər