Respublika üzrə pensiyaların martın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.
Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Qeyd edək ki, 2022-ci ilin 1 yanvar tarixindən etibarən qulluq stajına görə tətbiq olunan pensiya artımının yanvar, fevral ayları üçün olan artımı mart ayının pensiyası ilə birgə ödəniləcək.