4 C
Baku
Friday, March 29, 2024

Ölkə xaricindəki kollektorlar nə ilə məşğuldur?

Xarici ölkələrdə kollektorlara qarşı münasibətlər Azərbaycan ilə müqayisədə daha dözülən səviyyədədir. Hətta dövlət strukturları belə onlar ilə əməkdaşlıqda maraqlıdır. Çünki vergiyə görə borcları və ya ödənməmiş cərimələri olan vətəndaşlar ilə iş zamanı kollektorların yardımından istifadə etmək onlar üçün çox faydalı olur. Dövlət məmurlarının özəl agentliklərə qarşı irəli sürdüyü yeganə tələb borclular ilə münasibətdə heç bir şantaj və hədə-qorxuya yol verməməkdir.

Bu yaxınlarda məlum olmuşdur ki, Kanada hökuməti dövlətə 129 milyon dollara yaxın borcu olan vətəndaşlar ilə iş görməkdən ötrü, xüsusi özəl kollektor agentliyi ilə razılığa gəlib. Bu borcların əsas hissəsini müxtəlif cərimələr təşkil edir, həmçinin bura bank kreditlərinin ödənməməsinə görə tətbiq edilən cərimələr də daxildir.

Bundan əvvəl borclular ilə balaca bir dövlət orqanı məşğul olurdu, yəni işçi personalının tərkibi cəmi 9 nəfərdən ibarət olan bu struktur borcların yığılmasına görə cavabdeh idi. Amma Kanada rəsmiləri bu strukturun fəaliyyətinin nəticələrindən məmnun qalmırlar. Borlular ilə mübarizə aparmalı olan bu qurum bir qayda olaraq, vətəndaşlara poçt vasitəsi ilə xəbərdarlıqlar və bildirişlər göndərirdi, belə görünür ki, borclarını qaytarmaq fikrində olmayan şəxslər bu bildirişlər heç bir diqqət yetirmirdi.

Kollektorlar ilə bağlı isə dövlət məmurlarının xüsusi tələbləri var. Onlar borcların qaytarılmasına nail olmalıdır, amma eyni zamanda borcalanları təhdid və ya şantaj etmək yol verilməzdir.

Müxtəlif inkişaf etmiş ölkələrdə kollektorun xidmətlərindən istifadə edirlər. Məsələn Böyük Britaniya vergilərə görə üst-üstə yığılmış borcları toplamaq üçün kollektorun xidmətlərindən yararlanmaq qərarına gəlmişdir. Məmurların hesablarına əsasən, əgər kollektorları işə götürməyə 70 milyon funt sterlinq sərf olunarsa, onlar borclulardan 1,35 milyard funt sterlinq yığa bilərlər.

Bu ilin əvvəlində Almaniya Yunanıstan üçün 170 kollektor hazırlamışdı, onlar vergi toplamaqda yunan hökumətinə yardım etməli idi. Kreditorlar əminlikdə bildirir ki, yunanlar vergidən yayınmağa meyllidir, bu isə bu ölkədəki böhranın əsas səbəblərindən biridir.

ABŞ-da kollektorlar bütün növ borclanmalar üzrə fəaliyyət göstərirlər. Eyni zamanda burda özəl kollektorların çox nadir hallara borclular ilə təkbətək görüşlərə gəldiyini görmək olar. Adətən bütün məsələlər sülh yolu ilə telefon vasitəsi ilə həll olunur. Bu qərbli borc götürənlərin savadlılıq və məsuliyyət dərəcəsi ilə izah olunur, onlar başa düşür ki, borc toplayanlar ilə işləmək lazımdır və borcdan yayınmaq olmaz.

Bütün inkişaf etmiş ölkələrdə kollektorlara borcalanlara hər hansı bir psixoloji və ya hər hansı bir başqa təzyiq göstərmək qadağan edilib, ona görə də onlar əksər hallarda kreativ üsullara əl atmaq məcburiyyətində qalırlar. Məsələn İspaniyada kollektorlar rahib və ya keşiş paltarları geyinərək, borcalanları izləyir, onların vicdanına təsir etmək istəyirlər. Deyirlər ki, bu kömək edir.

Son xəbərlər
Digər xəbərlər