Azərbaycanda 2021-ci ilin ilk yarımilində əhalinin nominal gəlirlərinin həcmi hələ də öncəki ili üstələyə bilməyib.
Banker.az bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2021-ci ilin yanvar-iyun ayları ərzində əhalinin nominal gəlirləri 22.09 milyard manat təşkil etmişdir. Bu isə son illik müqayisədə 0.8% aşağı göstəricidir.
Əhalinin hər nəfərinə düşən nominal gəlirlər 2 207.1 manat olmudşur. Bu isə illik müqayisədə 1.3% azalma deməkdir.
2021-ci il 01 may vəziyyətinə ölkədə əhalinin sayı 10 milyon 133.1 min nəfər olmuş, bu da 0.5% illik artım deməkdir.