25 C
Baku
Saturday, June 22, 2024

Ölkədə əhalinin gəliri 4.5% artdı

Banker.az xəbər verir ki, 2014-cü ilin birinci rübündə əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 % artaraq 9,1 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi orta hesabla 969,2 manat və ya ayda 323,1 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,2 % bəndi üstələyərək 3,2 % olmuşdur.

Gəlirlərin 70,9 %-ison istehlaka, 8,6%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,2 %-i kreditlər üzrə faizlərin ödənilməsinə, 18,3 %-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.

Əhalinin sərəncamında qalan gəlir 8,3 milyard manat təşkil etmiş və əvvəlki ildəkinə nisbətən 4,8 % artmışdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər