11 C
Baku
Tuesday, April 15, 2025

Ölkədə əhalinin gəlirləri 6.1%, qiymətlər isə 5.9% artıb – RƏSMİ

2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda adambaşına düşən nominal gəlirlər isə 2 022,6 manat olub ki, bu da illik müqayisədə 6.1% artım deməkdir.

Banker.az bunu Dövlət Statistika Komitəsi məlumat yayıb.

2025-ci ilin yanvar-mart aylarında əhalinin nominal gəlirləri 20 milyard 690,7 milyon manat təşkil edib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artıma bərabərdir.

2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi 2024-cü ilin mart ayına nisbətən 5.9 faiz artıb, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,5 faiz, qeyri-qida məhsulları üzrə 2,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,5 faiz artım təşkil etmişdir.

2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14,6 milyard manatlıq, o cümlədən 8,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,5 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,7 faiz, qeyri-ərzaq malları üzrə 6,3 faiz artmışdır.

Son xəbərlər
Digər xəbərlər