2020-ci ilin ilk 11 ayında əhaliyə göstərilən ödənişli xidmətlərdən əldə olunan gəlir 6 227.2 mln. manat olub.
“Banker.az”a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ödənişli xidmətlərdən əldə olunan gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 25.8% azalıb.
Hesabat dövründə hüquqi şəxslər tərəfindən əhaliyə 4 685.1 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75.2%-ni təşkil edib.
Cari ilin yanvar-noyabr aylarında hər bir ölkə sakini orta hesabla 624.1 manatlıq və yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 215.1 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.