15 C
Baku
Friday, November 15, 2024

Ölkədə ən çox əməkhaqqının olduğu iş yerləri – SİYAHI

2018-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilə nisbətən 3,0 faiz artaraq 544,1 manat təşkil etmişdir. Əməkhaqqı neft sektorunda 3011,1 manat, qeyri-neft sektorunda 488,0 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 435,2 manat, özəl müəssisələrdə isə 690,4 manat olmuşdur.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinad edir.

Statistikaya əsasən deyə bilərik ki, ən çox orta aylıq əmək haqqı iqtisadi fəaliyyətin Mədənçıxarma sənayesi üzrədir (2967 manat). İkinci yerdə isə 1460,4 manat olmaqla  iqtisadi fəaliyyətin  Maliyyə və Sığorta fəaliyyət növü üstünlük təşkil edir. Peşə, elmi və texniki fəaliyyət 1043,4 manat  orta aylıq əmək haqqı ilə üçüncü yerdə qərarlaşır.

Eyni zamanda onu da bildirək  ki, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə ən aşağı orta aylıq  əmək haqqı  isə 240,8 manat olmaqla Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi növü üzrə qeyd edilmişdir.

 

5423

Son xəbərlər
Digər xəbərlər